Bolqarıstan hökuməti kütləvi etirazlardan sonra İSTEFA VERDİbackend

Bolqarıstan hökuməti kütləvi etirazlardan sonra İSTEFA VERDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bolqarıstanda hökumət kütləvi etirazlardan sonra istefa verib.

İnterpress.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb. Baş nazir Jelyazkov parlamentdəki səsverməyə dəqiqələr qalmış vəzifəsindən gedib.

Bolqarıstanın Baş naziri Jelyazkov ölkədə iqtisadi siyasət və korrupsiya əleyhinə həftələrdir davam edən kütləvi etirazlardan sonra hökumətlə birlikdə istefa verdiyini açıqlayıb. Məlumata görə, bu qərar parlamentdə hökumətə qarşı etimadsızlıq səsverməsinə cəmi bir neçə dəqiqə qalmış qəbul edilib.

Minlərlə insan paytaxt Sofiya və digər şəhərlərdə küçələrə çıxaraq yüksək vergilər, artan rüsumlar və hakimiyyətin korrupsiya ilə mübarizədəki bacarıqsızlığına etiraz edib. Prezident Radev istefanı dəstəkləyərək xalqın səsinə qulaq asmağın vacibliyini vurğulayıb.

Hökumətin gedişi yeni kabinetin formalaşdırılması və ya seçkilərə qədər müvəqqəti administrasiyanın təyini üçün ilk addım hesab olunur.

Xuraman Etibarlı

İnterpress.az