Böyük sahibkarlığı inkişaf etdirməyən PROBLEM – “Kreditlər yeni qaydada verilməlidir”backend

Böyük sahibkarlığı inkişaf etdirməyən PROBLEM – “Kreditlər yeni qaydada verilməlidir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Regionlarda kiçik və orta sahibkarlığın inkişaf etməsinə baxmayaraq, onlar böyük sahibkara çevrilə bilmirlər”.

Bunu sahibkarlara ayrılan kreditlər üçün tələb olunan şərtlərin effektiv olub-olmamasını dəyərləndirən iqtisadçı Alxan Xələfov İnterpress.az-a açıqlamasında deyib.

İqtisadçıya görə, sahibkarlara zaminsiz kreditlərin verilməsi kənd təsərrüfatı sahəsinin inkişafına müsbət təsir edə bilər:

“2021-ci ildə sahibkarlara 130 milyon manat güzəştli kreditin verilməsi nəzərdə tutulur. Bu fonda kiçik kreditlər sahibkarlıq fəaliyyətinə başlayanların ilkin maliyyə resursları əldə etməsində mühüm rol oynayır. Sahibkarlara verilən kiçik kreditlərin məbləği adətən 200-20000 manat, mikrokreditlər portfeli üzrə orta aylıq faiz dərəcələri isə 2-3% arasında dəyişir. Lakin 20000 manatdan artıq kredit üçün sahibkardan girov tələb olunur. Sahibkarlar öz daşınmaz əmlaklarını girov qoyaraq kredit götürməyə razı olsalar da, banklar likvidlik əmsalının aşağı olması səbəbiylə regionlardakı daşınmaz əmlakları girov kimi qəbul etmir. Burada kommersiya banklarının heç bir günahı yoxdur. Çünki ümumilikdə regionlarda daşınmaz əmlaklar likvidlik əmsalı çox aşağıdır. Nəticədə regionlarda kiçik və orta sahibkarlığın inkişaf etməsinə baxmayaraq, onlar böyük sahibkara çevrilə bilmirlər.

Nəzərə alaq ki, bu gün fermer təsərüffatları qida istehsal edir və pandemiyadan sonrakı mərhələdə qida təhlükəsizliyi ölkələrin strateji məsələlərindən biridir. Bu fonda çox yaxşı olardı ki, sözügedən məsələdə Avropa banklarının fermer biznesinin analizi öyrənilsin. Daha sonra isə fermer təsərrüfatının inkişafı üçün lazımi sığortalar əsasında zaminsiz kreditlər verilsin. Bu, qeyri-neft sektorunu inkişaf etdirməklə yanaşı, biznes kreditləri sahəsində də banklar üçün yeni nəfəs effekti verə bilər. O cümlədən, hazırda regionlarda fəaliyyətsiz qalan örüş və otlaq sahələrinin istifadəyə və icarəyə verilməsinə əlverişli şərait yarada bilər”.

Gülşən

İnterpress.az