Braziliyada şir qəfəsinə girən 19 yaşlı gənci parçalayıb öldürüb.
İnterpress.az xəbər verir ki, bu barədə xarici mətbuat məlumat yayıb. Gənc oğlan 6 metrlik divarı aşaraq yırtıcının yanına enib, zoopark istintaq üçün bağlanıb.
Hadisə Braziliyadakı zooparklardan birində baş verib. Dişi şir onun qəfəsinə daxil olan 19 yaşlı gənci parçalayaraq öldürüb.
Məlumata görə, oğlan 6 metr hündürlüyündə olan divarı aşmağı bacarıb və yırtıcının olduğu hissəyə enib. Dişi şir dərhal çağırılmamış qonağa hücum edib və onu öldürüb.
Hazırda hadisə ilə əlaqədar araşdırma aparıldığı üçün zoopark müvəqqəti olaraq ziyarətçilərin üzünə bağlanıb.
Xuraman Etibarlı
İnterpress.az






