Braziliyada VƏHŞİLİK: Keçmiş sevgilisini maşınla vurub 5 km SÜRÜDÜ – FOTO/VİDEO(18+)backend

Braziliyada VƏHŞİLİK: Keçmiş sevgilisini maşınla vurub 5 km SÜRÜDÜ – FOTO/VİDEO(18+)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Braziliyada gənc keçmiş sevgilisini maşının altında sürüyərək dəhşətli şəkildə öldürüb.

İnterpress.az xəbər verir ki, bu barədə xarici mətbuat məlumat yayıb.

Braziliyada tükürpədici cinayət hadisəsi baş verib. Gənc oğlan keçmiş sevgilisini başqası ilə görüşməyə başladığı üçün vəhşicəsinə qətlə yetirib.

Məlumata görə, cütlük ayrılmışdı, lakin braziliyalı gənc qızı başqa bir kişi ilə görərkən özündən çıxıb. O, avtomobili bədbəxt qızın üzərinə sürüb.

Zərbədən sonra qızın bədəni avtomobilin altında ilişib qalsa da, cani sürücü dayanmayıb və yoluna davam edib. O, qızı maşının altında 5 kilometr məsafədə sürükləyib.

Sürtünmədən zərərçəkənin dərisi sümüklərinə qədər soyulub. Ağır xəsarətlər alan qız çatdırıldığı xəstəxanada dünyasını dəyişib.

Qatil polisə verdiyi ifadəsində cinayətə haqq qazandırmağa çalışaraq, soyuqqanlılıqla “O da mənə incitmişdi, sadəcə başqa cür” deyə bildirib.

Xuraman Etibarlı

İnterpress.az