Braziliyalı beş gün kimsəsiz adada yaşayıb, limon və kömür yeyib – FOTObackend

Braziliyalı beş gün kimsəsiz adada yaşayıb, limon və kömür yeyib – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rio-de-Janeyroda 51 yaşlı bağban Nelson Nedi sahildə uçurumdan yıxılıb. Dəniz cərəyan onu kimsəsiz Palmas adasına aparıb.

Bağban orada beş gün qalıb.

Nedi ilk gecəni bir mağarada keçirib, daha sonra adanı gəzməyə yollanıb. O, sahildə balıqçı damı və iki limon tapıb. Nelson aclıqdan sitrus meyvələrini qabıqları ilə yeyib.

Sonrakı günlərdə o, kömür gəmirərək sağ qalıb.

Adadakı altıncı günündə Nedinin bəxti gətirib. Adanın yaxınlığında kvadrosikllərlə turistlər peyda olub.

Braziliyalı köynəyini yelləyərək əonların diqqətini çəkib.

Bağban adadan helikopterlə xəstəxanaya təxliyə edilib. Həkimlər kişini müayinə edib və evə buraxıblar.

 

Mənbə: knife.media