BRİCS ölkələri ilə əlaqə çoxtərəfli diplomatiyamızın bir hissəsidir – ŞƏRHbackend

BRİCS ölkələri ilə əlaqə çoxtərəfli diplomatiyamızın bir hissəsidir – ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanın Qoşulmama Hərəkatındakı rolundan, eyni zamanda COP29 sədrliyi çərçivəsində iqlim diplomatiyasında aktiv iştirakından da görünür ki, ölkə müxtəlif qlobal məsələlərdə söz sahibidir. Bu, Azərbaycanın beynəlxalq münasibətlərdəki strateji əhəmiyyətini artırır.

Bu fikirləri Azərbaycanın BRİCS sammitində iştirakı və onun əhəmiyyəti barədə danışan siyasi şərhçi Toğrul Allahverdili İnterpress.az-a açıqlamasında səsləndirib.

Toğrul Allahverdili
Toğrul Allahverdili

O, Azərbaycanın multilateralizm prinsipini əsas götürərək, çoxtərəfli diplomatiya həyata keçirdiyini bildirib.

“Azərbaycan, multilateralizm prinsipini əsas götürərək, çoxtərəfli diplomatiyanı fəal şəkildə həyata keçirir. Bu yanaşma, beynəlxalq müstəvidə əlaqələrin gücləndirilməsi, qlobal problemlərin həlli və müxtəlif ölkələr arasında əməkdaşlığın artırılması məqsədini güdür.

Azərbaycanın Qoşulmama Hərəkatındakı rolundan, eyni zamanda COP29 sədrliyi çərçivəsində iqlim diplomatiyasında aktiv iştirakından da görünür ki, ölkə müxtəlif qlobal məsələlərdə söz sahibidir. Bu, Azərbaycanın beynəlxalq münasibətlərdəki strateji əhəmiyyətini artırır.

Qoşulmama Hərakatında uğurlu sədrliyindən sonra Azərbaycan, bu təşkilatda aktiv və səmərəli fəaliyyətini davam etdirir. Ölkəmiz, Qoşulmama Hərakatının prinsiplərini gücləndirmək, beynəlxalq dialoq və əməkdaşlığı artırmaq üçün müxtəlif təşəbbüslər irəli sürür.

Bu fəaliyyət Azərbaycanın regional və qlobal məsələlərdəki rolunu möhkəmləndirir, eyni zamanda inkişaf etməkdə olan ölkələrin maraqlarını müdafiə etməyə yönəlib. Azərbaycanın bu təşkilatda göstərdiyi fəallıq, dünya miqyasında sülh və sabitliyin təmin edilməsinə də töhfə verir”, – o vurğulayıb.

T.Allahverdili qeyd edib ki, COP29 sədr ölkəsi olaraq BRİCS ölkələri ilə əlaqələrin inkişafı Azərbaycanın çoxtərəfli diplomatiya strategiyasının bir hissəsidir.

“Azərbaycan COP29 sədr ölkəsi olaraq dünya iqlim diplomatiyasını aktiv şəkildə formalaşdırır. Bu çərçivədə, ölkə iqlim dəyişikliyi ilə mübarizə və dayanıqlı inkişaf məqsədilə Qlobal Cənub və Qlobal Şimal arasında dialoq qurur.

Azərbaycanın iqlim məsələlərindəki liderliyi beynəlxalq platformalarda müzakirələrin aparılmasına, eyni zamanda inkişaf etməkdə olan ölkələrin maraqlarının nəzərə alınmasına imkan tanıyır. Bu yanaşma iqlim dəyişikliklərinin qarşısının alınması və müvafiq strategiyaların hazırlanması sahəsində mühüm rol oynayır.

Bu kontekstdə Azərbaycan BRİCS ölkələri ilə də dialoq aparır və əməkdaşlıq həyata keçirir. Bu əməkdaşlıq iqtisadi, siyasi və sosial sahələrdə qarşılıqlı maraqları gücləndirmək məqsədini güdür.

BRİCS ölkələri ilə əlaqələrin inkişafı, Azərbaycanın çoxtərəfli diplomatiya strategiyasının bir hissəsidir və regional inkişaf, investisiya imkanları və qlobal məsələlərə yanaşma baxımından yeni perspektivlər açır.
Bu cür əlaqələr, Azərbaycanın beynəlxalq arenada rolunu artıraraq, müxtəlif qlobal çağırışlara daha effektli cavab verməyə imkan verir”, – siyasi şərhçi fikrini yekunlaşdırıb.

Xuraman Etibarlı

İnterpress.az