Britaniya iki növ koronavirusa qarşı peyvəndi təsdiqləyən ilk ölkə oldubackend

Britaniya iki növ koronavirusa qarşı peyvəndi təsdiqləyən ilk ölkə oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Britaniya COVID-19-un həm orijinal ştammı, həm də “Omicron” variantına qarşı vaksini təsdiqləyən ilk ölkə oldu.

“Moderna” vaksini Böyük Britaniyanın Dərman vasitələri və tibbi məhsullar üzrə Agentliyi tərəfindən təsdiqlənib. Vaksinin təhlükəsizlik, keyfiyyət və effektivlik standartlarına cavab verdiyi məlum olub.

“Spikevax bivalent Original/Omicron” kimi tanınan buster dozanın tərkibində 25 mikroqram “Omicron” vaksini və 25 mikroqram orijinal COVID-19 vaksini var.

İki ştamma qarşı effektli olan vaksin ikivalentli olaraq təsnifatlandırılır.

Bildirilir ki, Vaksinləşdirmə və İmmunlaşdırma üzrə Birgə Komitə vaksinlə bağlı məsləhətlər verəcək.

Vaksin həmçinin təsdiq üçün Avstraliya, Kanada və Aİ-nin tənzimləyici orqanlarına təqdim edilib.

Aİ-nin vaksini sentyabr ayına qədər təsdiq edəcəyi gözlənilir.

Mənbə: Evropeyskaya pravda