Britaniya kəşfiyyatı: Rusiya Severodonetskin şərq rayonlarının işğalını davam etdirirbackend

Britaniya kəşfiyyatı: Rusiya Severodonetskin şərq rayonlarının işğalını davam etdirir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna qüvvələri həftə sonu Severodonetskin bəzi hissələrini geri alıb, lakin Rusiya şəhərin şərq rayonlarının işğalını davam etdirir.

İnterpress.az xəbər verir ki, Böyük Britaniya Müdafiə Nazirliyinin kəşfiyyat xidmətinin məlumatında belə qeyd olunub.

Bildirilib ki, Rusiyanın geniş planında Severodonetski həm şimaldan, həm də cənubdan ayırmaq nəzərdə tutulur.

Qeyd olunub ki, Rusiya may ayında cənubdakı Popasnada nailiyyətlər əldə edib, lakin bu istiqamətdə irəliləyiş son bir həftə ərzində dayanıb. Vurğulanıb ki, İzyum yaxınlığının güclü top atəşinə tutulması Rusiyanın şimal istiqamətində irəliləyiş üçün yenilənmiş səylərə hazırlaşdığını göstərir.

“Rusiyanın taktiki nailiyyətlərini əməliyyat səviyyəsində uğura çevirmək və bütün Donetsk vilayətinə nəzarət etmək kimi siyasi məqsədinə doğru irəliləməsi üçün bu istiqamətlərdə ən azı birində cəbhəni yarıb keçməlidir”, – Britaniya kəşfiyyatının məlumatında qeyd olunub.