Bu gün 60 jurnalistə peyvənd vurulubbackend

Bu gün 60 jurnalistə peyvənd vurulub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

 

Bu gün 60-a yaxın jurnalist vaksinasiya olunub.

İnterpress.az xəbər verir ki, bunu Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib.

Ə.Amaşov bildirib ki, növbəti həftənin 1-ci günündən jurnalistlərin vaksinasiya prosesi davam etdiriləcək: “Məqsədimiz odur ki, yaşı 18-dən yuxarı olan bütün jurnalistlər vaksinasiya olunsun, təbii ki, könüllü əsaslarla. Bilirsiniz ki, jurnalistika da riskli bir sahədir, çünki jurnalistlər insanlarla tez-tez görüşür, tədbirlərdə iştirak edir, həmişə cəmiyyətdə öndə gedirlər.

Vaksinasiya üçün müraciət edən jurnalistlərin sayı artmaqdadır. Artıq 500-ə qədər jurnalist vaksinasiya olunmaq üçün müraciət edib. Vaksinasiya olunmaq istəyən bütün jurnalistlər vaksin olunana qədər bu prosesi davam etdirəcəyik”.

 

 

İnterpress.az