Bu gün Beynəlxalq Novruz günüdürbackend

Bu gün Beynəlxalq Novruz günüdür

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

BMT Baş Assambleyasının 2010-cu ildə baş tutan 64-cü sessiyasında martın 21-i Beynəlxalq Novruz Günü elan olunub.

İnterpress.az xəbər verir ki, bundan əvvəl 2009-cu ildə Novruz bayramı UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib.

“Yeni gün” mənası verən Novruz dünyada 300 milyondan artıq adam tərəfindən yeni ilin başlanğıcı kimi qəbul olunur.

Bu bayram 3 min ildir ki, Qafqazda, Balkan, Qara dəniz hövzəsi, Mərkəzi Asiya, Yaxın Şərq və digər regionlarda qeyd edilir.