Bu gün Ermənistan MN Azərbaycanla sərhəddə partlayış əməliyyatları APARACAQbackend

Bu gün Ermənistan MN Azərbaycanla sərhəddə partlayış əməliyyatları APARACAQ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün saat 14:00-dan 18:00-dək Ermənistan MN Azərbaycanla sərhəddə partlayış əməliyyatları aparacaq.

İnterpress.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilir ki, bu gün saat Tavuş rayonunun Berkaber və Kirants kəndlərinə bitişik ərazidə partlayış əməliyyatları aparılacaq.

“Bu gün saat 14:00-dan 18:00-dək Tavuş rayonunun Berkaber və Kirants kəndlərinə bitişik ərazidə partlayış əməliyyatları aparılacaq. (Berkaber kəndinə bitişik ərazidə 5 partlayış, Kirants kəndinə bitişik ərazidə 1 partlayış)

Xüsusilə:

Berkaber kəndindən şərqdə, təxminən 910 metr, 4 partlayış olacaq

Berkaber kəndindən şərqdə, təxminən 1250 metr, 1 partlayış olacaq

Kirants kəndindən şimal-şərqdə, təxminən 1350 metr məsafədə 1 partlayış baş verəcək.

Ətraf ərazilərdə yaşayan sakinlərdən qeyd etmələri xahiş olunur”, – Müdafiə Nazirliyinin açıqlamasında deyilir.

Xuraman Etibarlı

İnterpress.az