Buryatiyada 16 il əvvəl itkin düşən ukraynalı alimin qalıqları tapılıb.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
73 yaşlı texnika elmləri doktoru Anatoli Novikov 2009-cu il iyunun 22-də Buryatiyaya gəlib. Alim Vinnitsa Milli Texniki Universitetini təmsil edib və seminarda çıxış etməyi planlaşdırıb.
Eyni zamanda, o dövrün qəzetlərinin iddia etdiyi kimi, Novikovun rəsmi dəvəti olmayıb və iştirakçılar sırasında yer almayıb. Ertəsi gün Novikov Enxaluk turizm bazasını gəzmək üçün tərk edib və heç bir iz qoymadan yoxa çıxıb.
Həmin şəxs Fövqəladə Hallar Nazirliyi, axtarış qrupları, su polisi və hətta xüsusi təlim keçmiş itlər tərəfindən axtarılsa da, nəticəsiz qalıb. Novikovun Ukraynadan gələn qızının cəhdləri də uğursuz alınıb.
Alimin müəmmalı şəkildə yoxa çıxmasını nə 2009-cu ildə, nə də sonra başa düşmək mümkün olub. 2019-cu ildə axtarış rəsmi olaraq dayandırıldı, lakin bu, son deyildi.
Bir neçə il sonra yerli sakinlər qəfildən Novı Enxaluk kəndi yaxınlığındakı meşədə insan qalıqlarını aşkar ediblər. Polis tapıntını yoxlayıb və məlum olub ki, qalıqların yanındakı telefon itkin Novikova məxsusdur – IMEI uyğun gəlir. Cəsədin yanında diş protezləri və bir neçə Ukrayna pulu da olub.
O, Rusiyada yoxa çıxan ilk alim deyil 2002-ci ilin yayında Şərqi Sibirdə daha bir ukraynalı alim, Ukrayna Ekologiya Mərkəzinin əməkdaşı Aleksey Turuta yoxa çıxdı. O, yerli floranı öyrənmək üçün Baykal gölünə gəlmişdi.
Xuraman Etibarlı
İnterpress.az