Buzovnada 500 nəfərlik toy keçirilir– Bələdiyyə sədri karantin qaydalarını pozdu-Foto/Videobackend

Buzovnada 500 nəfərlik toy keçirilir– Bələdiyyə sədri karantin qaydalarını pozdu-Foto/Video

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu dəqiqələrdə Xəzər rayonu, Buzovna qəsəbəsinin “Toy gecəsi” şadlıq evində karantin qaydalarının kobud şəkildə pozulması ilə müşahidə olunan toy mərasimi keçirilir. Toy mərasimini Buzovna bələdiyyə sədri Mətləb Əliyev oğlu Firuz üçün təşkil edib.

Editor.az xəbər verir ki, bu barədə məlumat və görüntülər sosial şəbəkələrdə yayılıb.

Görüntülərdən də aydın olur ki, Operativ Qərargahın toyların keçirilməsi ilə bağlı müəyyən etdiyi qaydalara baxmayaraq toyda 500 nəfərə yaxın qonaq iştirak edir və toyda karantin qaydaları kobud şəkildə pozulub.

Qeyd edək ki, Operativ Qərargahın toyların keçirilməsi ilə bağlı qəbul etdiyi qərarda toy iştirakçılarının sayı 50-150 arası olmalıdır.

Video Oynadıcı

01:38

01:45

 

 

Video Oynadıcı

00:00

00:17