Cahit Bağçı: “Azərbaycan kədərli günümüzdə yanımızda oldu” – FOTObackend

Cahit Bağçı: “Azərbaycan kədərli günümüzdə yanımızda oldu” – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Türkiyədə yanğınlar 14 gündür davam edir. On dörd gündür Azərbaycanın hər cür dəstəyini görürük. İlk dəqiqədən etibarən dəstəyini hiss etdirən cənab prezident İlham Əliyevə təşəkkür edirəm”.

İnterpress.az xəbər verir ki, bu sözləri Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı deyib.

O, qeyd edib ki, Azərbaycan bir neçə gündür davam edən meşə yanğınlarına qarşı mübarizədə Türkiyəyə böyük dəstək verib.

“Azərbaycan 31 iyul 2021-ci il tarixində başlayan yanğının ilk dəqiqələrindən etibarən kömək göndərməyə başlayıb. Helikopterlər, yanğınsöndürənlər, amfibiya təyyarə, 750 qardaşımız yanğının söndürülməsinə dəstək verməkdədir. Yanğınların söndürülmə fəaliyyəti tamamlanıb. Amma üç ərazidə geniş miqyaslı yanğınlar davam etməkdədir. Hazırda soyutma işləri görülür.

 

Çox-çox təşəkkür edirəm, qardaşlarımız 14 gündür gecə-gündüz yanğının söndürülməsi ilə məşğuldurlar. Onların hər birinə ayrı-ayrılıqda təşəkkür edirəm, qucaqlayıram, sağ-salamat qayıtmalarını arzulayıram. Türkiyənin Muğladan Artvinə qədər olan ərazisini səyahət edəcəklər. Dincələrək gəlsinlər, çayımızı icsinlər, yeməklərimizdən dadsınlar. Hər birinə bir daha təşəkkür edirəm”.

O, Heydər Əliyev Mərkəzinin binası üzərində Türkiyənin bayrağı videoproyeksiya olunması ilə bağlı təşəkkürünü bildirib.

 

“Yanğınların baş verməsinin 14-cü günündə dövlət başçısının təlimatı ilə Türkiyə bayrağı Heydər Əliyev Mərkəzində dalğalandırıldı. Mənalı dəstəkdir. Təşəkkür edirəm. Eynilə Qarabağ zəfərindən sonra Azərbaycanın üçrəngli bayrağının İstanbulda Boğaziçi körpüsündə, Çamlıca qülləsində və Türkiyənin bir çox meydanında dalğalandırıldı. Zəfər coşqunuza Türkiyənin bütün şəhərlərində qoşulmuşuq. Sevinciniz sevincimiz olub. Bu gün biz kədərli bir gündəyik. Siz də kədərli günümüzdə yanımızda oldunuz. Bir daha hər kəsə ürəkdən təşəkkür edirəm”, – deyə səfir əlavə edib.