Çanaqqala boğazında Rusiyadan Yunanıstana gedən tankerlə qayıq toqquşdubackend

Çanaqqala boğazında Rusiyadan Yunanıstana gedən tankerlə qayıq toqquşdu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avqustun 25-də axşam saatlarında Rusiyadan Yunanıstana gedən Türkiyəyə məxsus tankerlə iki nəfərin olduğu qayıq toqquşub.

Türkiyə Sahil Mühafizəsinin məlumatına görə, insident Çanaqqala boğazında baş verib.

İdarədən bildirilib ki, hadisə nəticəsində itki yoxdur.

“Karakuz” tankerinin kapitanı toqquşma barədə dərhal sahil mühafizəsini xəbərdar edib və hadisə yerinə iki yedək gəmisi göndərilib.

Qayıq Yelibol şəhərinin estakadasına çəkilib.

Hadisə ilə bağlı araşdırma aparılır.

Mənbə: Haber Global