Canlı qüvvəsi tükənən Ermənistan qocalardan ibarət növbəti qrupu cəbhəyə göndərir – FOTObackend

Canlı qüvvəsi tükənən Ermənistan qocalardan ibarət növbəti qrupu cəbhəyə göndərir – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hərbi canlı qüvvəsi Azərbaycanın əzəmətli ordusu qarşısında tükənən terrorçu dövlət Ermənistan qocalardan ibarət növbəti dəstəni cəbhəyə göndərir.

Həmin şəxslərdə ruh yüksəkliyinin olmaması da təbiidir. Çünki onlar Azərbaycan hərbçiləri kimi Vətən uğrunda vuruşmurlar, işğal etdikləri əraziləri əllərində saxlamaq istəyirlər.

İnterpress.az xəbər verir ki, Ermənistan hakimiyyəti hərbi personal üçün sosial və psixoloji dəstək proqramı hazırlayacaq.

Bir tərəfdən koronavirusa 107 min 466 yoluxmanın qeydə alındığı, digər tərəfdən iqtisadi cəhətdən sarsılan və siyasi qarşıdurmalar çərçivəsində tamamilə çökmüş vəziyyətdə olan Ermənistanın ordusunda da xaos hökm sürür. Bu erməni hərbçilərinin sosial mediada yayılan fotolarından da məlumdur.

İnterpress.az