Çavuşoğlu: İsrail ilə niyə əlaqələri kəsməliyəm?!backend

Çavuşoğlu: İsrail ilə niyə əlaqələri kəsməliyəm?!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Regionda və xaricində Türkiyəsiz oyun qurulmayacağını həm masada, həm də meydanda göstərdik. Yeri gəldiyində oyunu pozacağıq, yeri gələndə oyun quracağıq.

Bu sözləri Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu TBMM-də çıxışı zamanı deyib.

Çavuşoğlu Türkiyənin İsraillə ticarət əlaqələrini davam etdirməsi səbəbindən deputatlardan gələn tənqidlərə də cavab verib:

“Hər pis münasibətdə olduğunuz ölkə ilə iqtisadi əlaqələri kəsmək normal mövqedir? Məntiqlidir? Siz ticarəti dövlətlər arasında aparılan alış-veriş olaraq görürsünüz? Biz Misirlə, BƏƏ ilə də problemlər yaşadıq, amma heç biri ilə ticari əlaqələri azaltmadıq. Mən niyə bir şirkəti, yüzminlərlə işçimi hər hansı ölkə ilə əlaqəm pozuldu deyə cəzalandırım?! Bu, məntiqlidir?!”

 

 

İnterpress.az