Cəlilabadda yük maşını məktəblini vurubbackend

Cəlilabadda yük maşını məktəblini vurub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

 

Cəlilabad rayonunda yük avtomobili məktəblini vurub. Məlumata görə, hadisə rayonun Uzuntəpə kəndi ərazisində qeydə alınıb.

Belə ki, “MAN” markalı yük avtomobili məktəblini vurub.

Hadisə şahidlərinin verdiyi məlumata görə, ağır bədən xəsarətləri alan Uzuntəpə kənd orta məktəbinin 5-ci sinif şagirdidir. Məktəbli ağır vəziyyətdə xəstəxanaya aparılıb. Qəza nəticəsində həmçinin yük avtomobilinin sürücüsü də xəsarət alıb.

Hazırda hadisənin təfərrüatları və yaralıların şəxsiyyəti dəqiqləşdirilir.

 

İnterpress.az