Çelyabinskdə polislə etirazçılar arasında toqquşmalar DAVAM EDİR – VİDEObackend

Çelyabinskdə polislə etirazçılar arasında toqquşmalar DAVAM EDİR – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çelyabinskin Korkino şəhərində polislə kütləvi aksiya iştirakçıları arasında toqquşmalar davam edir.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV-in məlumat yayıb. Bildirilir ki, azı beş nəfər saxlanılıb, bunlar ətrafdakı hər şeyi məhv edən iğtişaşların ən fəal iştirakçılarıdır.

Baş verənlər barədə Çelyabinsk vilayətinin qubernatoru Aleksey Teksler məlumatlandırılıb.

Xatırladaq ki, Korkino şəhərində qadın taksi sürücüsünün qaraçı diasporunun nümayəndələri tərəfindən öldürülüb.

Bundan sonra Korkino sakinləri küçələrə çıxaraq qaraçılar məhəlləsindəki evləri dağıtmağa başlayıblar. Onlarla etirazçı saxlanılıb.

Xuraman Etibarlı

İnterpress.az