“Çerkizovo” məhsullarında TƏHLÜKƏ – Bakteriya və antibiotik AŞKARLANDI – FOTObackend

“Çerkizovo” məhsullarında TƏHLÜKƏ – Bakteriya və antibiotik AŞKARLANDI – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Çerkizovo” məhsullarında salmonella, listeriya və antibiotik aşkarlanıb.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb. Məşhur markanın ət məhsullarında təhlükəli bakteriyalar və bəyan edilməyən toyuq əti tapılıb.

Məlumata əsasən, “Çerkizovo” şirkətinin məhsullarında ciddi pozuntular aşkar edilib. Firmanın donuz ətindən hazırlanan “rulka”sında (bud hissəsi) salmonella da daxil olmaqla bütün növ bakteriyalar, “Domaşniye” (Ev sayağı) kotletlərində isə listeriya tapılıb.

Bundan əlavə, “Domaşniy” farşının tərkibində etiketdə göstərilməyən toyuq əti və antibiotiklər müəyyən edilib. Bu isə məhsulun tərkibi barədə bəyan edilən məlumatlara uyğun gəlmir.

Xuraman Etibarlı

İnterpress.az