Cinsiyyətini dəyişərək qadın olan şəxs Gürcüstandan ölkəmizdə olan insanları şantaj edir – ŞOK FAKTLARbackend

Cinsiyyətini dəyişərək qadın olan şəxs Gürcüstandan ölkəmizdə olan insanları şantaj edir – ŞOK FAKTLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Narkotik maddələrin qanunsuz dövriyyəsinə görə həbs həyatı yaşamış, özünü bir dönəm icitmai fəal kimi təqdim edən və azadlığa çıxdıqdan sonra Türkiyəyə gedərək cinsiyyətini dəyişən Elsevər Mürsəllidən çoxsaylı şikayətlər var.

İnterpress.az xəbər verir ki, cinsiyyət dəyişdirmə əməliyyatından sonra adını dəyişdirərək Nil qoyan bu şəxs yaşadığı ölkələrdə pul qazanmağın ən iyrənc, qeyri-qanunu, heç bir əxlaqi dəyərlərə sığmayan üsullarından istifadəyə başlayıb. Hazırda isə sosial şəbəkələrdə, xüsusilə də “TikTok”da açıq şəkildə əxlaqsızlığı təbliğ edir.

Bununla da kifayətlənməyərək pul qazanmaq üçün şantaja əl atır, onun tələblərini yerinə yetirməyən şəxslərlə bağlı canlı yaym açır, onlar barədə həqiqətə uyğun olmayan məlumatlar yayır. Məlumatlara görə, çox sayda şəxs hazırda sosial şəbəkələrdə Nil kimi tanınan Elsevərin qanunsuz əməllərindən ziyan görüb.

İş hətta o yerə çatıb ki, öz “TikTok” hesabında ayrı-ayrı dövlət məmurlarını da hədəfə alan Nil adlı Elsevər Mürsəlli canlı yayımda şantaj vasitəsi kimi səs yazısını, videogörüntüləri yayacağı ilə təhdid edib. Bu vasitə ilə çıxışlarında dəfələrlə növbəti dəfə kimlərin səs yazısını, videogörüntüsünü, sosial şəbəkə yazışmalarını paylaşacağını “anons” edən Elsevər Mürsəlli bu yolla çox sayda şəxsi şantaj edərək onlardan pul almağa cəhd edib.

Bu fəaliyyətini həm Türkiyədə, həm cinsiyyət dəyişdirmə əməliyyatından bir müddət sonra qayıtdığı Azərbaycanda da davam etdirib. Hətta Azərbaycanda olarkən adi məişət söhbətlərini belə qalmaqala çevirərək bundan pul qazanmaq vasitəsi kimi istifadəyə çalışıb. Məsələn, Bakıda olarkən kirayə ev tutmaq məqsədilə ünsiyyətdə olduğu rieltorları da sonradan şantaj etməyə cəhd göstərib.

Belə ki, E.Mürsəllinin evini kirayələmək istədiyi şəxs kirayə müqaviləsi imzalanan zaman onun şəxsiyyət vəsiqəsindən kişi olduğunu görüb və müqavilədən imtina edib. Alınan beh geri qaytarılsa da, bunu “həzm edə” bilməyən E.Mürsəlli vasitəçilərdən pul qoparmaq üçün plan hazırlayıb. Növbəti canlı yayımlarında şantaj etdiyi şəxslərin siyahısına onları da daxil edəcəyini bildirib və hətta bunu anons da edib.

Əvvəllər də şantaj yolunu seçərək pul qazanan E.Mürsəlli sosial şəbəkədə açıq şəkildə əxlaqsızlığı təbliğ edən fəaliyyətini hazırda Gürcüstanın Batumi şəhərində davam etdirir. Gün ərzində “TikTok” sosial şəbəkəsində canlı yayımlar açaraq hər müştəridən xidməti müqabilində azı 800 ABŞ dolları aldığını “fəxrlə” bildirir, məşhurlarla ünsiyyətdə olduğunu deyir, hətta onunla sosial şəbəkə üzərindən və digər vasitələrlə rabitəyə keçdiyini iddia etdiyi şəxslərin adını, yaşayış yerini açıqlayır.

Yəqin ki, əxlaqsızlığın açıq-aşkar təbliği Azərbaycanın və Gürcüstanın hüquq mühafizə orqanlaırnın diqqətindən yayınmayacaq. Əxlaqsızlıq və şantajla qazandığı pullarla öyünən bu sosial şəbəkə “fenomeni” barədəsində tezliklə ölçü götürüləcək.

Cinsiyyətini dəyişərək adını “Nil” edən Elsəvər Mürsəlli adlı şəxsin Azərbaycanda olan bəzi şəxsləri şantaj edərək hədə-qorxu yolu ilə pul tələb etməsi barədə olan səs yazılarını təqdim edirik. Əlavə olaraq onuda bildirək ki, bu şəxsin ölkəmizdə olan qurbanları bununla kifayətlənmir. Şantaja məruz qalan çoxsaylı şəxslər var, onlar şəxsi həyatları ilə bağlı adlarının açıqlanmasın istəmirlər. Əlimizdə olan dəlil və faktları hüquq-mühafizə orqanlarına təqdim etməyə hazırıq.”Azərbaycan Reallığı”