COP29-da 100-dən çox İsrail nümayəndə heyəti iştirak edəcək – “The Times of Israel”backend

COP29-da 100-dən çox İsrail nümayəndə heyəti iştirak edəcək – “The Times of Israel”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Noyabrın 11-də Bakıda keçiriləcək COP29-da 100-dən çox İsrail nümayəndə heyəti iştirak edəcək.

İnterpress.az xəbər verir ki, bu barədə “The Times of Israel” məlumat yayıb. Bildirilir ki, noyabrın 11-də Bakıda keçiriləcək COP29-da 100-dən çox İsrail nümayəndə heyəti iştirak edəcək.

Tədbirin ikinci həftəsində ölkəni təmsil edəcək İsrail prezidenti Hersoq gələcək. Konfransda ətraf mühit, energetika və nəqliyyat nazirliklərini təmsil edən 3 nazir, o cümlədən onlarla rəsmi şəxs iştirak etməyi planlaşdırır.

Qeyd olunur ki, İsrailin öz pavilyonu olacaq və onun Qəzza zolağında HƏMAS tərəfindən saxlanılan israilli girovlara həsr olunmuş guşəsi olacaq. Pavilyonda həmçinin 20 iqlim startapı nümayiş etdiriləcək.

Məqalədə qeyd olunur ki, “Azərbaycanın özü İsrailin müttəfiqi olmasına baxmayaraq, ev sahibi ölkənin İrana yaxınlığını nəzərə alaraq, səfər gücləndirilmiş təhlükəsizlik şəraitində baş tutacaq”.

Xuraman Etibarlı

İnterpress.az