Dağda QORXULU ANLAR: Alpinist uçuruma DÜŞDÜ – VİDEObackend

Dağda QORXULU ANLAR: Alpinist uçuruma DÜŞDÜ – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Uçurumun üzərində yelləncək asmaq istəyən oğlan aşağı yuvarlanıb.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb. Romantik plan uğursuzluqla bitib. Oğlanın sevgilisinin soyuqqanlılığı sosial şəbəkələrdə müzakirə olunur.

Hadisə Qaraçay-Çərkəz Respublikasının dağlarında baş verib. Gənc alpinist uçurumun üzərində qamak asmaq və sevgilisi ilə mənzərədən zövq almaq istəyib. Lakin romantik jest təhlükəli ana çevrilib.

Konstruksiya təchizatın ağırlığına tab gətirməyib və oğlan aşağı yuvarlanıb. Sosial şəbəkələrdə hadisənin görüntüləri yayılıb və istifadəçilər ən çox qızın reaksiyasını müzakirə ediblər.

O, sevgilisinin yıxılma anını o qədər soyuqqanlılıqla şərh edib ki, izləyicilər həm şoka düşüb, həm də bu vəziyyətə təəccübləniblər.

Hadisə yerinə gələn xilasedicilər oğlanı çıxarıblar, o, sağdır.

Xuraman Etibarlı

İnterpress.az