Dağdan düşən daş sürücünün həyatına son qoyub.
İnterpress.az xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.
Bildirilir ki, Mazandaran əyalətinin Çaluş yolunda bədbəxt hadisə baş verib.
Dünən Çalus yolunda dağdan 5 kq-lıq daş düşüb və maşının şüşəsi aşağı olduğu üçün Peugeot 207-nin sürücüsünün başına dəyib.
Sürücü yerindəcə keçinib.
Xuraman Etibarlı
İnterpress.az