Dağıstanda turist qayığı qayaya ÇIRPILDI – 60 yaşlı qadın ÖLDÜbackend

Dağıstanda turist qayığı qayaya ÇIRPILDI – 60 yaşlı qadın ÖLDÜ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dağıstanda qayığın qayaya çırpılması nəticəsində 60 yaşlı qadın ölüb.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.

Dağıstanda Sulak kanyonunda turist qayığının qayaya çırpılması nəticəsində 60 yaşlı qadın həyatını itirib.

Hadisə Staro Zubutli ərazisində ekskursiya zamanı baş verib. İlkin məlumata görə, şkipper idarəetməni itirərək kateri qayaya çırpıb.

Qayıqda olan yeddi nəfər suya düşüb.

60 yaşlı qadın aldığı xəsarətlərdən dünyasını dəyişib. Digər sərnişinlər sudan çıxarılaraq sahilə çatdırılıb və onlara tibbi yardım göstərilib.

Hadisə yerinin mühasirəyə alındığı və araşdırma aparıldığı bildirilir.

Xuraman Etibarlı

İnterpress.az