DƏHŞƏT: 130-dan çox qadın kütləvi İNTİHAR ETDİbackend

DƏHŞƏT: 130-dan çox qadın kütləvi İNTİHAR ETDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sudanda 130-dan çox qadın zorlanmamaq üçün kütləvi intihar edib.

İnterpress.az xəbər verir ki, bu barədə çərşənbə axşamı BMT agentliklərinin nümayəndələri məlumat veriblər.

Sudanda davam edən vətəndaş müharibəsi fonunda 130-dan çox sudanlı qadın Sürətli Fəaliyyət Qüvvəsi (RRF) milisləri tərəfindən zorlanmamaq üçün kütləvi intihar edib.

Bu dəhşətli hadisə münaqişənin qadınlara və uşaqlara ciddi təsirini göstərir, bölgədə baş verən kəskin humanitar böhranı və insan hüquqlarının pozulmasını vurğulayır.

Qeyd edək ki, Sudanda kütləvi qətllər, cinsi zorakılıq və şiddətlənən döyüşlər misli görünməmiş humanitar böhrana səbəb olub. Təkcə ölkə daxilində evlərini tərk etməyə məcbur olan mülki əhalinin sayı 11 milyonu keçib.

Xuraman Etibarlı

İnterpress.az