Dəhşətli partlayışda ev HAVAYA UÇDU – 6 nəfərin vəziyyəti AĞIRDIR – VİDEObackend

Dəhşətli partlayışda ev HAVAYA UÇDU – 6 nəfərin vəziyyəti AĞIRDIR – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qaz borusunu zədələyən tikinti işçiləri faciəyə səbəb olub.

İnterpress.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

ABŞ-da tikinti briqadasının ehtiyatsızlığı ağır nəticələrə yol açıb. İşçilərin qaz kəmərini zədələməsi nəticəsində güclü partlayış baş verib.

Partlayışın təsirindən yaşayış evi havaya uçaraq tamamilə dağılıb və taxta qırıntılarına dönüb.

Hadisə nəticəsində 6 nəfər ağır xəsarət alaraq reanimasiyaya yerləşdirilib.

Evinə geri dönən mülk sahibi gördüyü mənzərə qarşısında şoka düşüb.

Xuraman Etibarlı

İnterpress.az