Dəhşətli yağış yağdı: Evlər dağılır, qaçmağa yer yoxdur-FOTObackend

Dəhşətli yağış yağdı: Evlər dağılır, qaçmağa yer yoxdur-FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Aralıq dənizi ölkəsini öz təsiri altına alan güclü yağış, Avropa tarixində indiyədək baş verən ən şiddətli yağıntı hesab olunur. Körpülər dağılır, evləri su basır…

yağışdan ən çox zərər görən şəhər Ligurian dənizi sahilindəki Savonadır. İtaliyanın şimal-qərbində bir ərazi 12 saat ərzində 75 santimetr yağan yağışdan sonra su altında qalıb. Bu, Avropada indiyə qədər baş verən ən dəhşətli yağıntıdır.

 

Sosial şəbəkələrdə yayılan görüntülərdə, yağış yağmağa davam edərkən küçələrdən sel gəldiyi, divarların və binaların çatlarından suların axdığı müşahidə olunub. Başqa bir videoda, çay sahilindəki binaların birinci mərtəbəsinin yarısına qədər su ilə dolduğu, axan suyun maşınları və dağıntıları özü ilə bərabər apardığı görüntülənib.

Məlumata görə, Quiliano qəsəbəsində bir körpü çöküb. Digər şəhər Camporossodakı COVID-19 peyvənd mərkəzi bağlanıb. Liguriyanın ən sıx məskunlaşılan bölgəsi olan Cenova liman şəhər səlahiyyətliləri məktəbləri bir günlük bağlayıb və parkların, qəbiristanlıqların da bağlanmasını əmr edib. Güclü yağışlar nəticəsində Venesiyadakı Müqəddəs Mark Meydanını su basıb.

Məlumatlara görə, bu cür hava şəraiti tarlaları, otlaqları, tövlələri və əkinçilik texnikasını viran qoyub, yolları bağlayıb və ölkə daxilində sürüşmələrə səbəb olub. İtaliyada kənd təsərrüfatı sənayesinin bu il hava şəraitinin kəskin dəyişməsi nəticəsində 2 milyard avrodan çox zərər gördüyü təxmin edilir.