Suriya təhlükəsizlik xidməti Dəməşqdə kilsəyə hücum edən İŞİD yaraqlılarını məhv edib.
İnterpress.az xəbər verir ki, bu barədə Suriya mediası yazır.
Qeyd olunur ki, Dəməşq ətrafı – Harasta və Kafr Batna bölgələrində təhlükəsizlik qüvvələri Baş Kəşfiyyatla birlikdə Mar Elias kilsəsində törədilən terror aktından sonra xüsusi əməliyyat keçirib.
Nəticədə ekstremist dəstənin lideri və onun 5 üzvü saxlanılıb, iki silahlı müqavimət göstərərkən öldürülüb.
Axtarış zamanı silah arsenalı, partlayıcı maddələr və minalanmış motosiklet ələ keçirilib.
Saxlanılanlar arasında yaxın günlərdə terror aktı hazırlayan daha bir kamikadze də var.
İyunun 22-də Dəməşq ətrafındakı Mar Elias kilsəsində kamikadze özünü partladıb.
Terror aktı nəticəsində 22 dinc sakin həlak olub, 50-dən çox insan yaralanıb.
Ölkənin Daxili İşlər Nazirliyi hücumçunun İŞİD-lə əlaqəli olduğunu bildirib.
Xuraman Etibarlı
İnterpress.az