Türkiyənin Manisa şəhərində ana qızını boğaraq öldürüb.
İnterpress.az xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb. Məlumata görə, Manisanın Akhisar rayonunda ana Rəbiyə Bilən qızı Cemre Bilənlə mübahisə etdikdən sonra onu boğub.
Hadisə qızın gəzmək üçün evdən gec çıxdığına görə baş verib.
Rəbiyə Bilən qızını “ailə namusunu” pozduğuna görə öldürdüyünü bildirib.
Xuraman Etibarlı
İnterpress.az