Xamenei ABŞ-nin zərbələrindən sonra Putindən kömək istəmək üçün xarici işlər nazirini Moskvaya göndərib.
İnterpress.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
İranın ali dini lideri Xamenei ABŞ-nin nüvə obyektlərinə endirdiyi zərbələrdən sonra Putindən kömək istəmək üçün xarici işlər naziri Əraqçini Moskvaya göndərib.
İranın xarici işlər nazirinin Xameneidən Putinə dəstək istəyən məktubu çatdıracağı gözlənilir.
İran mənbələri “Reuters” agentliyinə bildiriblər ki, İran indiyə qədər Rusiyanın dəstəyindən məmnun olmayıb və Tehran Putindən İsrail və ABŞ-yə qarşı daha çox dəstək verməsini istəyir.
Mənbələr Tehranın hansı yardım istədiyini dəqiqləşdirməyib.
Xuraman Etibarlı
İnterpress.az