Xameneinin oğlunun İranda öldürülməsi ilə bağlı xəbərlər YAYILDIbackend

Xameneinin oğlunun İranda öldürülməsi ilə bağlı xəbərlər YAYILDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xameneinin oğlunun İranda öldürülməsi ilə bağlı xəbərlər gündəmi zəbt edib.

İnterpress.az xəbər verir ki, b u barədə İran KİV-də məlumat yayılıb.

Xameneinin oğlu və uzun müddətdir ehtimal olunan varisi kimi tanınan 56 yaşlı Moctaba Xameneinin öldürüldüyü barədə xəbərlər yayılıb.

Xəbər verdiyimiz kimi, İranın ali dini lideri Xameneinin tapşırığı ilə onun varisini müəyyən etmək üçün 2 il əvvəl yaradılmış komissiya son günlər fəaliyyətini xeyli gücləndirib.

Komissiyanın işinin sürətləndirilməsi İsrailin İran ərazisinə hücumlarına başlaması ilə bağlıdır.

Hazırda pərdəarxası müzakirələrdə iki əsas namizəd göstərilir. Birincisi, hazırkı liderin oğlu və uzun müddətdir ehtimal olunan varisi kimi görünən 56 yaşlı Moctaba Xamenei. İkincisi, İslam Respublikasının qurucusu Ruhullah Xomeyninin nəvəsi Həsən Xomeynidir.

Moctəba Xameneinin daha sərt xəttindən fərqli olaraq, həm daxili, həm də xarici siyasətdə daha mötədil və barışdırıcı kurs təklif edə biləcək potensial lider kimi qiymətləndirilir.

Xuraman Etibarlı

İnterpress.az