Rusiyada ayı iki nəfəri ÖLDÜRDÜbackend

Rusiyada ayı iki nəfəri ÖLDÜRDÜ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Saxalində ayı hücumu nəticəsində iki sakin ölüb.

İnterpress.az xəbər verir ki, bu barədə regional İstintaq Komitəsi məlumat yayıb.

Bildirilir ki, adanın cənubunda ayı hücumu nəticəsində iki Saxalin sakini ölüb.

Yujno-Saxalinsk-Korsakov şossesində “Üç maral” heykəlinin yaxınlığında ayı kişiyə hücum edib.

Kişi təcili yardım maşınında dünyasını dəyişib. Daha sonra hadisə yerinin yaxınlığında daha bir kişinin meyiti tapılıb.

Xuraman Etibarlı

İnterpress.az