Paşinyan Gürcüstanın daxili işlər naziri ilə MÜZAKİRƏ APARDIbackend

Paşinyan Gürcüstanın daxili işlər naziri ilə MÜZAKİRƏ APARDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Paşinyan Gürcüstanın daxili işlər naziri ilə miqrasiya və narkotik ticarəti məsələlərini müzakirə edib.

İnterpress.az bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.

Bazar ertəsi Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstanın daxili işlər naziri Gela Geladze ilə miqrasiya sahəsində əməkdaşlığı, cinayətkarlığa və narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizədə birgə addımları müzakirə edib.

Baş nazir onun Ermənistana səfərini alqışlayıb və onu məsul vəzifəyə təyin olunması münasibətilə təbrik edib.

Paşinyan Geladzenin fəaliyyəti dövründə iki ölkənin hüquq-mühafizə orqanları arasında əməkdaşlığın daha fəal və səmərəli olacağına ümid etdiyini bildirib.

O, Ermənistan hökumətinin bu məqsədə çatmaq üçün bütün səylərini əsirgəməyəcəyini vurğulayıb.

Xuraman Etibarlı

İnterpress.az