Ukrayna prezidenti ofisinin rəhbərinin qardaşı Yermaka qarşı sui-qəsd hazırlanıb.
İnterpress.az xəbər verir ki, bu barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının üzvü Vasili Malyuk bildirib.
Denis Yermak hazırda Xarici Legionda QUR-da snayper kimi xidmət edir, eyni zamanda dronlarda işləyir.
Ruslar Xarkov sakinini – gənc mühəndisi işə götürüblər, PA rəisinin qardaşını döyüş xəttindən qayıdanda partlayıcılarla məhv etmək tapşırığı verilib.
“Onlar mayın 15-i saat 15:00-dan əvvəl terror aktı törətmək istəyiblər. Həmin gün İstanbulda görüş olub, ona görə də düşmən planını başlamamışdan əvvəl həyata keçirmək istəyib.
Aydındır ki, Andrey Yermak bu qrupun tərkibində olduğundan bu, danışıqlar prosesinə təsir göstərə bilər”, – Malyuk deyib.
Xuraman Etibarlı
İnterpress.az