Zelenski Londonda səfərdədir.
İnterpress.az xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb.
Ukrayna prezidenti kral III Çarlz, baş nazir Kir Starmer və parlamentin hər iki palatasının spikerləri ilə görüşəcək.
O, Britaniya siyasətçiləri ilə Ukraynanın müdafiəsi və Rusiyaya əlavə təzyiqlərlə bağlı danışıqlar aparmağı planlaşdırır:
“Biz həmçinin bu müharibəyə görə Rusiyaya təzyiqi artırmaq və hücumları dayandırmaq üçün yeni və təsirli addımlar barədə danışıqlar aparacağıq”, – Zelenski yazıb.
Bundan əvvəl Ukrayna Rusiyanın Kiyevdə 6 nəfərin ölümünə səbəb olan növbəti kütləvi aviazərbəsi barədə məlumat vermişdi.
Ukrayna Hərbi Hava Qüvvələrinin məlumatına görə, iyunun 23-nə keçən gecə Rusiya ordusu 352 pilotsuz təyyarə və 16 raketdən istifadə edib; zərbənin əsas hədəfi Kiyev olub.
Xuraman Etibarlı
İnterpress.az