İranda ordu və polisə molla rejiminə qarşı ÇAĞIRIŞ EDİLDİbackend

İranda ordu və polisə molla rejiminə qarşı ÇAĞIRIŞ EDİLDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İran müxalifət lideri ordu və polisi molla rejiminə qarşı durmağa çağırıb.

İnterpress.az xəbər verir ki, bu barədə İran KİV məlumat yayıb.

İranın sonuncu şahının oğlu Rza Pəhləvi mətbuat konfransı keçirərək molla rejiminə son qoymağa çağırıb.

O, İran diktaturasının dağılmaq ərəfəsində olduğunu vurğulayaraq, “Bu, Berlin Divarının yıxıldığı anımızdır. Əzablara son qoymağın vaxtı gəldi” deyib.

Böyük Ayətullaha birbaşa müraciətində o, deyib: “İstefa edin və ədalətli mühakimə olunacaqsınız. Bu, hər bir iranlının indiyədək əldə etdiyindən çoxdur”.

Sonuncu şahın oğlu ordu və polisi ona qoşulmağa çağırıb.

Onun sözlərinə görə, yalnız demokratik dəyişikliklər İranın gələcəyini təmin edəcək və onun ölkənin transformasiyası üçün aydın planı var.

O cümlədən, onun din və dövlətin ayrılması və iqtisadi dirçəliş proqramı var.

Planda molla rejiminin devrilməsindən sonra ilk 100 gün üçün fəaliyyət proqramı nəzərdə tutulur.

Xuraman Etibarlı

İnterpress.az