İran İsrail ərazisinə silsilə zərbələr endirib.
İnterpress.az xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.
Hava hücumundan müdafiə sistemləri ölkənin şimalında və mərkəzində İran raketlərinin qarşısını almaq üçün çalışır.
İsrail mətbuatının məlumatına görə, Aşdoda birbaşa vurulan 5 raket atılıb.
Eyni zamanda, Qüdsdəki Knesset binasına hücum zamanı orada olanların qorunan ərazilərə təxliyə edildiyi bildirilir.
Xuraman Etibarlı
İnterpress.az