Krasnodarda baklofendən zəhərlənən dörd məktəbli qız komaya düşüb.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Qızlar kiçik bir adrenalin əldə etmək istəyiblər, lakin maddənin ehtiyatsız istehlakının ehtimal olunan yan təsirlərindən birinin koma olduğuna diqqət yetirməyiblər.
Belə ki, dekabrın 8-də səhər saatlarında Nastya, Lera, Saşa və Polina birlikdə aptekə gedib “Baklosan” tabletləri alıblar. Bundan sonra qızlar hərəyə 5-10 tablet içib öz işləri ilə məşğul olublar.
Tezliklə məktəbli qızlar özlərini pis hiss edib, valideynləri təcili yardım çağırıblar. Xəstəxanada Nastya, Lera, Saşa və Polina komaya düşüb və reanimasiyaya yerləşdiriliblər.
Hazırda zərərçəkənlərin vəziyyəti stabildir, orta ağırlıqdadır.
Xuraman Etibarlı
İnterpress.az