Rusiya diplomatlarını alkoqol testindən keçməyə məcbur etmək cəhdi Argentina televiziyasında realiti-şouya çevrilib.
İnterpress.az xəbər verir ki, bu barədə Argentina mediası məlumat yayıb. Bildirilir ki, Rusiyanın Argentinadakı səfirliyinin iki əməkdaşı yerli polisin tələbi ilə növbə ilə maşınlarından düşməkdən və alkoqol testindən keçməkdən imtina ediblər.
Bir diplomat inadla maşında təxminən bir saat, digəri üç saat oturub.
Milad bayramından sonra ənənəvi olaraq Buenos-Ayresdə sürücüləri yoxlayan polis əməkdaşlarının reydi bir neçə televiziya kanalı tərəfindən yayımlanıb.
Xuraman Etibarlı
İnterpress.az