“Doktor Strenc” filminin aktrisası həbsxanada təmizlikçi oldubackend

“Doktor Strenc” filminin aktrisası həbsxanada təmizlikçi oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

13 yaşlı qıza qarşı cinsi təcavüzdə təqsirli bilinən “Marvel”in “Doktor Strenc” filminin aktrisası Zara Pitian həbsxanada təmizlikçi olub.

O, şərti azadlığa çıxmasına kömək edə biləcək təmizləmə kursuna yazılıb.

Qadın 2022-ci ildə 8 il müddətinə azadlıqdan məhrum edilib.

O, əri Viktor Marke ilə birlikdə yeniyetmə qıza qarşı cinsi təcavüzdə günahkar bilinib.

Markeyə gəlincə, o, 14 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd olunur ki, cütlük 3 il evlərində qıza “ayda bir və ya iki dəfə” təcavüz edib. Hər şey Pitianın yeniyetməyə spirtli içki verməsi ilə başlayıb.

Ümumilikdə 59 yaşlı Marke məktəbli qızla təxminən 20 dəfə cinsi əlaqədə olub.

Mənbə: Daily Mail