DNT nəticəsindən sonra bütün ailəsini İTİRDİ: İndi gəncin həyatı TƏHLÜKƏDƏDİRbackend

DNT nəticəsindən sonra bütün ailəsini İTİRDİ: İndi gəncin həyatı TƏHLÜKƏDƏDİR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İzmirdə 18 yaşlı gənc həyatını xilas etmək üçün bioloji atasını axtarır.

İnterpress.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Türkiyənin İzmir şəhərində talassemiya xəstəliyindən əziyyət çəkən 18 yaşlı Hamid sümük iliyi transplantasiyası üçün bioloji atasını axtarır.

Gəncin sözlərinə görə, 13 yaşında tibbi müayinələr zamanı onu böyüdən və uzun illər atası hesab etdiyi şəxsin bioloji atası olmadığı məlum olub.

Hamidin üç yaşında anası tərəfindən həmin kişinin himayəsinə verildiyi, uşağın onun valideynləri tərəfindən böyüdüldüyü bildirilir.

DNT testinin nəticələrindən sonra nənə və babası onunla əlaqəni kəsib. Anası isə onu evinə qəbul etməyib və bioloji atasının adını açıqlamaqdan imtina edib.

Hamid talassemiya səbəbilə hər həftə qan köçürülməsinə ehtiyac duyur.

Onun yeganə ümidinin sümük iliyi donoru ola biləcək bioloji atasını tapmaq olduğu bildirilir.

Xuraman Etibarlı

İnterpress.az