Dörd generalın Azərbaycana təyinatı “Turan” ordusunun bünövrəsini təşkil edir”backend

Dörd generalın Azərbaycana təyinatı “Turan” ordusunun bünövrəsini təşkil edir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda Türkiyə Silahlı Qüvvələrini təmsil edəcək Xüsusi Komandanlıq Qrupuna 4 general təyin edilib. General-mayor Bəxtiyar Ersay, generallar Abdulla Qatırçı, Ender Güner və Zəkəriyyə Yalçın.

Qeyd edək ki, Xüsusi Komandanlıq Qrupu yeni bir qurum deyil və Azərbaycanda 1992-ci ildən fəaliyyət göstərir, lakin bu günə qədər aşağı rütbəli zabitlərlə təmsil olunub.

İndi 4 generalın Xüsusi Komandanlıq Qrupuna təyin edilməsi Azərbaycan üçün hansı perspektivlər açır?

Politoloq, sabiq dövlət müşaviri Qabil Hüseynli mövzu ilə bağlı  Yenisabah.az-a danışıb. O, Türk ordusu modelinə keçidin çoxdan qəbul edildiyini qeyd edib:

“Azərbaycanın Türk ordusu modelinə keçidi çoxdan qəbul edib. 4 generalın Azərbaycana göndərilməsi isə o deməkdir ki, bu işin çox böyük vüsətlə aparılmasından xəbər verir.

Eyni zamanda Türkiyə və Azərbaycan ordularının tək ordu anlayışı ilə birləşmiş model üzrə hazırlanması strategiyası nəzərdə tutulur. Bu, gələcək “Turan” ordusunun bünövrəsini təşkil edir. Artıq çox ciddi işlər gedir. Diqqət edirsinizsə paralel olaraq hərbi hava qüvvələrinin Konyada “Turkaz” şahini adlı təlimləri, hərbi dəniz qüvvələrinin terrorizmə qarşı birgə təlimləri keçirilir. Eyni zamanda “Dəniz Pişikləri” deyilən, bünövrəsi NATO-da qoyulmuş dəniz qüvvələri xüsusi təyinatlılarının hazırlanmasına başlanılıb.

Bu gün quru qüvvələrin də təlimləri keçirilir. Eyni proses burada da həyata keçirilir. Bu ordu daha peşəkar, daha çoxtərəfli işləri  yerinə yetirmək  qabiliyyətinə malik olacaq və bu səbəbdən quru qoşunlarının ən elit hissələrini təşkil edəcək”.

Qabil Hüseynli təlimlərdə xeyli məsafə qət edildiyini bildirib: “Azərbaycan ordusunun Türkiyə ilə təlimləri ciddi səmərə verməkdədir. Təlimçilərin peşə hazırlığı yüksək səviyyəli təlimatlılar tərəfindən həyata keçirilir.

4 generalın Bakıdakı komandanlıq mərkəzinə təyin edilməsi Azərbaycan silahlı qüvvələrinin yeni NATO standartlarına keçməsinə hədəflənib”.

Mehri Qurban