Dövlət Departamenti ABŞ-ın Ukrayna münaqişəsindəki hədəflərini açıqlayıbbackend

Dövlət Departamenti ABŞ-ın Ukrayna münaqişəsindəki hədəflərini açıqlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Vaşinqton Ukraynaya fevralın 24-dən bəri Rusiyanın ələ keçirdiyi əraziləri geri qaytarmağa kömək etməyə çalışır”.

Bunu ABŞ-ın dövlət katibi Entoni Blinken “The Wall Street Journal”ın Direktorlar Şurasının sammitində deyib.

Onun sözlərinə görə, ABŞ hakimiyyəti Ukraynanı qorumaq üçün hazırkı addımlarını davam etdirməyə fikrini cəmləşdirib.

Dövlət katibi qeyd edib ki, ukraynalılar hərbi əməliyyatların hansı istiqamətdə davam edəcəyinə özləri qərar verirlər: “Bu mənada ABŞ və onlarla ölkə Ukraynanı dəstəkləyir”.