Dünyada koronavirusa yoluxanların sayı 140 milyonu keçdibackend

Dünyada koronavirusa yoluxanların sayı 140 milyonu keçdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

 

Dünyada 140 531 290 nəfərdə koronavirus aşkarlanıb.

Virusdan 3 012 206 xəstə ölüb, 119 347 893 nəfər sağalıb.

Virusa yoluxma sayına görə ilk beşlikdə olan dövlətlər ABŞ (32 305 912 nəfər), Hindistan (14 526 609 nəfər), Braziliya (13 834 342 nəfər), Fransa (5 224 321 nəfər) və Rusiyadır (4 684 148 nəfər).

Türkiyədə 4 150 039, İranda 2 194 133, Gürcüstanda 293 321, Ermənistanda isə 207 103 nəfərdə koronavirus müəyyən edilib.

Sərhəd qonşularımız arasında koronavirusdan ən çox ölüm ardıcıl olaraq Rusiyada (104 795 nəfər), İranda (66 008 nəfər) və Türkiyədə (35 320 nəfər) qeydə alınıb.

Azərbaycanda koronavirusa yoluxan 296 374 nəfərin 4 077-i ölüb, 260 193 xəstə sağalıb.

 

 

İnterpress.az