Əcnəbi gəlin qızılları və pulları götürüb QAÇDI – Qayınata İNTİHAR ETDİ – FOTObackend

Əcnəbi gəlin qızılları və pulları götürüb QAÇDI – Qayınata İNTİHAR ETDİ – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyədə əlcəzairli gəlin qızılları götürüb qaçıb, bəyin atası intihar edib.

İnterpress.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb. 500 min lirə xərcləyib gəlin gətirən ata aldadıldığını görüb canına qıyıb.

Hadisə Çanaqqalanın Biqa rayonunda baş verib. 50 yaşlı Ramazan Gümüşsoy psixoloji problemləri olan oğlu Müammər üçün uzun müddət gəlin axtarıb.

Yerli qızlardan rədd cavabı alan ata pul qarşılığında “xarici gəlin” gətirən vasitəçilərə müraciət etmək qərarına gəlib.

R.Gümüşsoy vasitəçilərə 500 min lirə ödəyib və nəticədə Əlcəzairdən Hədil Ayad adlı qadın gətirilib. Toy baş tutub, tərəflər razılaşıb. Lakin xoşbəxtlik qısa sürüb.

Toydan bir neçə həftə sonra gəlin bütün hədiyyələri, qızılları və pulları toplayaraq yoxa çıxıb. Evə gələn Müammər həyat yoldaşını tapmadıqda vəziyyəti ailəsinə bildirib.

Aldadıldığını anlayan, toya görə götürdüyü borclar və yaranmış vəziyyətlə barışa bilməyən ata Ramazan Gümüşsoy ağır sarsıntı keçirib. O, evdə heç kimin olmadığı vaxt intihar edib.

Hazırda Biqa Prokurorluğu qaçan gəlin və bu “beynəlxalq toy”u təşkil edən vasitəçilər barəsində istintaqa başlayıb.

Xuraman Etibarlı

İnterpress.az