Əl-Culani: Bizim etdiklərimiz İranı 40 il geriyə saldıbackend

Əl-Culani: Bizim etdiklərimiz İranı 40 il geriyə saldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bizim etdiklərimiz İranın bölgədəki layihəsini 40 il geriyə salıb.

İnterpress.az xəbər verir ki, bu barədə “Həyat Təhrir əl-Şam”ın (HTŞ) lideri Əbu Məhəmməd əl-Culani “Əşərq əl-Avsat” ərəb qəzetinə müsahibəsində bildirib

“Suriya inqilabı Əsəd rejiminin süqutu ilə başa çatdı və biz onun başqa yerə ixracına icazə verməyəcəyik. Suriya heç bir ərəb və ya körfəz ölkəsinə hücum platforması olmayacaq.

Bizim gördüklərimiz və əldə etdiklərimiz mümkün olan ən az zərər və itki ilə İranın bölgədəki layihəsini 40 il geriyə atdı”, – o deyib.

HTŞ lideri vurğulayıb ki, Suriya Körfəz ölkələrinin inkişaf səviyyəsinə can atır.

“Səudiyyə Ərəbistanı çox cəsarətli planlar qurub və bizim də səbirsizliklə gözlədiyimiz inkişaf vizyonu var. Şübhə yoxdur ki, istər iqtisadi əməkdaşlıq, istərsə də inkişaf sahəsində əməkdaşlıq baxımından çoxlu kəsişmə nöqtələri var”, – əl-Culani qeyd edib.

Xuraman Etibarlı

İnterpress.az