Hollandiyalı ombasından əməliyyat olunub və o vaxtdan bəri gülməkdən əl çəkə bilməyib.
İnterpress.az xəbər verir ki, hollandiyalı Haq Boss iki il əvvəl ombasından əməliyyat olunub və anesteziyadan oyanandan bəri gülməyini saxlaya bilmir.
Kişinin sözün əsl mənasında hər bir ifadəsi artıq onun və ailəsinin həyatının bir hissəsinə çevrilmiş gülüşlə müşayiət olunur.
Həkimlər bildiriblər ki, bu yan təsir çox nadir sindromdur və ömrü boyu onunla qalacaq.
Haq 2 il ərzində heç vaxt kədərli və ya narahat görünmədiyi üçün Bossun arvadı getdikcə daha tez-tez əsəbiləşdiyini etiraf edir. Hollandiyalının həyat yoldaşı əmin edir ki, Haqın davranışında günahkar anesteziya və həkimlərin məsuliyyətsizliyidir.
İndi ailə normal şəkildə mübahisə edə, hətta dava edə bilmir, çünki qadın nə desə də, kişi yalnız gülümsəyir və ya qəfil gülməyə başlayır.
Haqın sonsuz gülüşü təkcə arvadını deyil, qızı və qardaşını da bezdirir. O, qohumlarını az ziyarət etməyə başlayıb.
Xuraman Etibarlı
İnterpress.az