Enerqodarda şəhər şurasının keçmiş rəhbərinin avtomobili PARTLADILDI – VİDEObackend

Enerqodarda şəhər şurasının keçmiş rəhbərinin avtomobili PARTLADILDI – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Zaporojye AES-in mühafizə xidmətinin keçid qrupunun rəhbəri Andrey Korotkinin avtomobili partladılıb.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. Bildirilir ki, Ukrayna Dövlət Kəşfiyyat İdarəsi Zaporojye AES-in mühafizə xidmətinin keçid qrupunun rəhbəri Andrey Korotkinin avtomobilini partladıb.

Sui-qəsd bu gün Enerqodardakı Kaştanov bulvarında, Andrey Korotkinin altında əldəqayırma partlayıcı qurğunun qoyulduğu avtomobilin salonuna girdiyi zaman baş verib.

O, partlayış nəticəsində dünyasını dəyişib.

Xuraman Etibarlı

İnterpress.az