Ərdoğan: “Dünya iqtisadiyyatındakı probemlərin həllini səbirlə gözləyəcəyik”backend

Ərdoğan: “Dünya iqtisadiyyatındakı probemlərin həllini səbirlə gözləyəcəyik”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Dünya iqtisadiyyatında problemlərin aradan qalxacağını səbirlə gözləyəcəyik”.

İnterpress.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sədri olduğu Ədalət və İnkişaf Partiyasının (AKP) parlamentdəki fraksiyasının genişləndirilmiş iclasında bildirib.

“Türkiyə Rusiya-Ukrayna savaşı nəticəsində dünyada meydana gələn taxıl böhranını aradan qaldırmaq üçün vasitəçilik edir. Bu istiqamətdə çətinliyimiz yoxdur. Fermerlərimizin təsərrüfat üçün yanacaq çatışmazlığını aradan qaldırırıq. Qara dənizdə aşkar edilən təbii qazı ümumi enerji sistemimizə qoşmağa çalışırıq. Xam neftin qiymətinin bahalaşması məlumdur”, – dövlət başçısı vurğulayıb.